11 Apr, 2025 15:22
2025-ci ilin birinci rübündə Azərbaycanda vergi daxilolmalarının 3 milyard 226,4 milyon manatı və yaxud 74 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.
FinFly bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.
Xatırladaq ki, yanvar-mart aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 4 milyard 380,6 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 2,3 faiz çoxdur.
Bu il qurum büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, rüb ərzində həmin məbləğin 28,3 faizi təmin olunub.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
