29 Snt, 2025 20:02
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 454,322 milyon manat sığorta haqqı toplanılıb.
FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 5,7 faiz artaraq 176,225 milyon manata çatıb.
Beləliklə, 8 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 39,2 manat olub.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
