27 May, 2025 10:51
2025-ci il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 502,6 milyon manat təşkil edib.
FinFly Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 4,4 faiz çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 11,9 faiz, son 1 ildə isə 8,7 faiz artıb.
Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edib. Bu nisbət martın sonuna 1,6 faiz, ötən il dekabrın sonuna 1,5 faiz, ötən il aprelin sonuna isə 1,8 faiz olub.
Mayın 1-nə bankların kredit portfeli 26 milyard 442,6 milyon manat təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 13,9 faiz böyüyüb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
