Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanda POS-terminalların sayı artıb - FinFly

Bu ilin fevral ayının sonuna olan məlumatlara görə, Azərbaycanda 124,3 min ədəd POS-terminal var.

FinFly bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 min ədəd və ya 37,4% çoxdur.

Belə ki, 2024-cü ilin fevral ayının sonuna olan məlumatlara görə, Azərbaycandakı POS-terminalların sayı 90,5 min ədəd olub.

Cari ilin hesabat dövründə təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 122,2 min ədəd, özünəxidmət terminallarının sayı 2,1 min ədəd, bankomatların sayı isə 3,4 min ədəd olub.

Qeyd edək ki, ölkədə olan POS-terminalların (75,4 min ədəd) və bankomatların (1,8 min ədəd) çox hissəsi Bakı iqtisadi rayonundadır. Ən az POS-terminal (140 ədəd) və bankomat (15 ədəd) isə Şərqi Zəngəzur iqtisadi rayonundadır.