Azərbaycanda ən populyar mobil telefonların siyahısı açıqlanıb.
Qlobal Statistika Mərkəzindən FinFly-a verilən məlumata görə, bu ilin iyul ayında Samsung smartfonları 26,39 faiz bazar payı ilə Azərbaycanda lider mövqe tutub.
Ötən ay ilə müqayisədə Samsung-un Azərbaycanda bazar payı 4,53 faiz bəndi azalıb.
İkinci yerdə Xiaomi mobil cihazları yer alıb. Belə ki, "Xiaomi" şirkətinin Azərbaycanda smartfon bazarındakı payı 5,88 faiz bəndi azalaraq 19,94 faiz təşkil edib.
Bu dövr ərzində "Apple"ın Azərbaycandakı payı 18,78 faiz təşkil edərək, əvvəlki ayın göstəricisini 6,95 faiz bəndi üstələyib.
Bu ilin iyul ayı üçün Azərbaycanda digər smartfonların əhatə dairəsinə görə reytinqi aşağıdakı kimi müəyyən edilib:
Honor - 4,52 faiz (iyun ayı ilə müqayisədə 3,68 faiz az);
Huawei - 1,09 faiz (iyun ayı ilə müqayisədə 0,33 faiz çox);
Oppo - 0,87 faiz (iyun ayı ilə müqayisədə 0,09 faiz çox);
Realme - 0,7 faiz (iyun ayı ilə müqayisədə 0,1 faiz az);
Infinix - 0,75 faiz (iyun ayı ilə müqayisədə 1,03 faiz az);
Tecno - 0,94 faiz (iyun ayı ilə müqayisədə 0,19 faiz az);
Motorola - 0,26 faiz (iyun ayı ilə müqayisədə 0,11 faiz çox);
LG - 0,04 faiz (iyun ayı ilə müqayisədə 0,03 faiz çox);
Google - 0,78 faiz (iyun ayı ilə müqayisədə 0,3 faiz çox);
Lenovo - 0,1 faiz (iyun ayı ilə müqayisədə 0,04 faiz çox);
Sony - 0,1 faiz (iyun ayından dəyişməyib)
Hesabat dövründə Azərbaycanın smartfon bazarının 0,35 faizini digər brendlər təşkil edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
