Bu ilin iyul ayında Azərbaycan istifadəçilərinin “İnstagram” sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 1,94 faiz bəndi artaraq, 34,01 faiz təşkil edib.
Bu barədə FinFly "Global Stats"-a istinadən xəbər verir.
Bu göstəriciyə görə, ikinci yerdə “Facebook” dayanır. Hesabat ayında bu platformanın payı aylıq ifadədə 5,65 faiz bəndi artaraq, 31,73 faizə çatıb.
Siyahıda üçüncü yerdə 7,06 faizlə “Pinterest” gəlir (əvvəlki ayla müqayisədə 0,08 faiz çox).
Bu göstəriciyə görə, dördüncü yerdə “YouTube” sosial şəbəkəsi gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 5,26 faiz bəndi azalaraq, 15,31 faiz təşkil edib.
“X” media platforması 7,1 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində 2,58 faiz azalma).
Reytinqdə altıncı yeri 1,18 faiz göstərici ilə “Linkedin” tutub (əvəlki ayla müqayisədə 0,18 faiz çox).
Digər sosial şəbəkələrin payı 3,61 faiz təşkil edib.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
