12 Iyl, 2025 10:09
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 19,342 milyard kub metr əmtəəlik qaz istehsal edilib.
FinFly Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 201 milyon kub metr və ya 1,1 faiz çoxdur. Keçən ilin yanvar-iyun aylarında Azərbaycanda 19,141 milyard kub metr əmtəəlik qaz istehsal olunmuşdu.
Bəhs olunan dövrdə ölkədə istehsal olunan qazın ümumi həcmi 24,989 milyard kub metr olub.
Qeyd edək ki, cari ilin birinci yarısında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz azalıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
