29 Snt, 2025 19:59
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda əmlak sığortası üzrə 161,291 milyon manat sığorta haqqı toplanılıb.
FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 27,601 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 30,9 faiz çoxdur.
8 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 17,1 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 14,1 manat olub.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
