
Azərbaycanda 2025-ci ilin yanvar-aprel aylarında 1 824 ədəd minik avtomobili istehsal edilib.
FinFly Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 876 ədəd və ya 92,4 faiz çoxdur.
"Сari ilin yanvar-aprel aylarında ölkədə 33 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin eyni ayları ilə müqayisədə 221 ədəd və ya 7,7 dəfə azdır.
Bundan başqa, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin ilk dörd ayında traktorların istehsalı 34 ədəd və ya 14,6 faiz azalaraq 199 ədədə bərabər olub", - deyə hesabatda bildirilir.
Azərbaycanda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-aprel aylarında 205,8 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 26,6% artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 3,9% azalıb.
Son xəbərlər
-
20 Iyn, 2025
Sabah pensiyalar tam ödəniləcək...
-
20 Iyn, 2025
Azərbaycan nefti bahalaşıb...