19 May, 2025 20:08
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda mədənçıxarma sənayesinə 1,431 milyard manat investisiya yönəldilib.
FinFly Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 116 milyon manat və ya 7,5 faiz azdır.
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda mədənçıxarma sənayesinə 1,547 milyard manat investisiya yönəldilmişdi.
Bu sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 28,2 faizə bərabər olub.
Bəhs olunan dövrdə Azərbaycanda sənaye sektoruna qoyulmuş investisiyaların həcmi 2,183 milyard manat təşkil edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
