18 Iyn, 2025 14:14
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşir.
FinFly xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur.
Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə görə, 340 000 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Lisenziyanın qüvvədə olduğu müddətdə isə hər il əlavə 340 000 manat rüsum alınacaq.
Dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günə qədər ödəniləcək.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
