Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi açıqlanıb - FinFly

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 147,7 min ton tərəvəz istehsal olunub.

FinFly-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çoxdur.

Hesabat dövründə Azərbaycanda 192,3 min ton diri çəkidə ət, 701,9 min ton süd, 798,1 milyon ədəd yumurta, 1,9 min ton yun və 52 min ton kartof istehsal edilib.

FinFly-ın hesablamalarına görə, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə yumurta istehsalı 4,4 faiz, kartof 2,1 faiz, ət isə 1,2 faiz artıb. Süd istehsalı əvvəlki səviyyədə qalıb, yun istehsalı isə 4,6 faiz azalıb.

Ümumilikdə, kənd təsərrüfatı məhsulları istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artıb. Bunun 1,1 faizi heyvandarlıq, 9,3 faizi isə bitkiçilik məhsullarının artımı ilə bağlıdır.