
Azərbaycanın məqsədi qlobal səviyyədə rəqabət apara bilən və ölkənin İKT ixracını idarə edən mütəxəssislər yetişdirməkdir.
FinFly xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib.
Onun sözlərinə görə, bu baxışı reallığa çevirmək üçün ölkə dünyada tanınmış tərəfdaşlarla sıx əməkdaşlıq edir.
"Biz beynəlxalq təcrübəni yerli ambisiyalarla birləşdirən proqramlar başlatmışıq, İKT liderlərinin yeni nəslini formalaşdırırıq", - deyə qeyd edib.
Məmmədovun vurğulayıb ki, Azərbaycanda rəqəmsal təşəbbüslər yerli İT üzrə istedadları gücləndirməyə və beynəlxalq bazarlar üçün yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyə yönəlib.
"Azərbaycan rəqəmsal transformasiyanı milli prioritet elan edib. Bizim baxışımız istedadları yetişdirmək, qabaqcıl bacarıqları gücləndirmək və innovativ, təhlükəsiz və qlobal rəqabətə davamlı rəqəmsal ekosistem qurmaqdan ibarətdir. Bu gün ölkəmizdə gənclər proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və bir çox digər qabaqcıl sahələrdə genişlənmiş imkanlara malikdirlər. Bu baxış əsas milli çərçivələrimiz, rəqəmsal inkişaf konsepsiyası, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə milli strategiya və süni intellekt üzrə milli strategiya ilə idarə olunur", - Məmmədov dedi.
Nazir müavini bildirib ki, 2025-ci ildə ilk dəfə olaraq iki Azərbaycan komandası - ADA Universiteti və Bakı Ali Neft Məktəbinin komandası 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalında ölkəni təmsil edir.