2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 301,330 milyon manat sığorta haqqı toplanılıb.
FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 120,841 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 7,8 faiz çoxdur.
Beləliklə, 9 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 39,6 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 255,973 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 faiz çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 faiz çoxdur.
10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.
Son xəbərlər
-
05 Dek, 2025
ABŞ NATO-nun daimi genişlənməsi istəmir...
-
05 Dek, 2025
"ASAN xidmət" təcrübəsi Kambocada tətbiq olunacaq...
