22 Avq, 2025 09:04
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1,4 milyon ton qazoyllar (dizel yanacağı) istehsal edilib.
Bu barədə FinFly Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52,5 min ton və ya 3,9% çoxdur.
Belə ki, ötən ilin yanvar-iyul aylarında ölkədə 1,3 milyon ton qazoyllar (dizel yanacağı) istehsal olunmuşdu.
Bu ilin avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 143,9 min ton təşkil edib.
Qeyd edək ki, Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,1 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artıb.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
