
Bu ilin I rübündə Azərbaycanda 1 milyard 602 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
FinFly Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 13 faiz artaraq 91,5 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 1,2 faiz artaraq 1 milyard 510 milyon manata çatıb.
Ölkədə yaz-tarla işləri aparılır. Bu ilin yanvar-mart aylarında 122,2 min hektar sahədə və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 24 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 5,1 min hektarı dən üçün qarğıdalı), 26,9 min hektar sahədə tərəvəz, 26,1 min hektar sahədə kartof, 3,9 min hektar sahədə bostan bitkiləri, 3,1 min hektar sahədə dən üçün günəbaxan, 1,6 min hektar sahədə şəkər çuğunduru, 0,1 min hektar sahədə pambıq, 33,1 min hektar sahədə çoxillik otlar və 3,4 min hektar sahədə birillik otlar əkilib.
Bu ilin ilk 3 ayı ərzində ölkədə quş əti də daxil olmaqla diri çəkidə 141,6 min ton ət, 3502,8 min ton süd, 583,1 milyon ədəd yumurta istehsal edilib, 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faizyumurta istehsalı 2 faiz artıb, süd istehsalı isə 0,3 faiz azalıb.