Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində verilən rəylərin əhatə dairəsi müəyyən edilib.
FinFly xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Tikintiyə icazə verən orqan tikintiyə icazə icraatı zamanı hər bir tikinti obyektinin funksional təyinatı və xüsusiyyətləri nəzərə alınmaqla, rəy verməsi zəruri hesab edilən aidiyyəti qurumlara sorğu göndərməlidir.
Fərmanla tikinti obyektinin torpaq sahəsində torpaqların keyfiyyət göstəricilərinə uyğun yerləşdirilməsi və həmin torpaq sahəsində digər tikililər mövcud olduğu halda təmərküzləşmə prinsipinin nəzərə alınacaq. Tikinti obyektinin bəyan edilən kənd təsərrüfatı fəaliyyəti üçün istifadəyə yararlılığı qiymətləndiriləcək.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
