Bu ilin may ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları) emissiya etdiyi “American Express” kartları vasitəsilə əməliyyatların sayı 7,6 min ədəd, əməliyyatların həcmi isə 900 min manat olub.
FinFly Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, əvvəlki ayla müqayisədə "American Express" kartları ilə əməliyyatların sayı 1,5 min ədəd ədəd və ya 16,5 faiz, "American Express" kartları ilə əməliyyatların həcmi isə 200 min manat, yaxud da 18,2 faiz azalıb.
Belə ki, cari ilin aprel ayının sonunda Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” kartları vasitəsilə əməliyyatların sayı 9,1 min ədəd, əməliyyatların həcmi isə 1,1 milyon manat idi.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
