2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 105,8 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,2 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,7 faiz təşkil edib.
FinFly Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin aprel ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 106,3 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 107,6 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,6 faiz olub.
Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz təşkil edib. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz olub.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
