22 May, 2025 13:41
Azərbaycan və Türkiyə arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları müzakirə edilib.
FinFly xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşdə baş tutub. Tərəflər iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında, xüsusilə avtomobil nəqliyyatı, dəmir yolu, aviasiya və Orta Dəhlizin inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
