İqtisadiyyat Nazirliyi ilə Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidməti arasında təcrübə və məlumat mübadiləsi müzakirə olunub.
Bu barədə FinFly nazirliyə istinadən xəbər verir.
Məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidmətinin rəhbəri Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi, torpaqlardan səmərəli istifadə, daşınmaz əmlakın kadastrı və reyestri sahələrində ölkəmizdə görülmüş işlər diqqətə çatdırılıb.
Tərəflər ölkələrimizin iqtisadi sahədə əməkdaşlığı, İqtisadiyyat Nazirliyi ilə Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidməti arasında təcrübə və məlumat mübadiləsi, reyestr və kadastr məlumatlarından səmərəli istifadə və milli məkan infrastrukturunun qurulması barədə fikirlərini bölüşüblər.
Son xəbərlər
-
12 Dek, 2025
Dubayda sürücüsüz taksilər fəaliyyətə başlayıb...
-
12 Dek, 2025
Qızıl ucuzlaşıb...
-
08 Dek, 2025
Bakıda Gömrük-Biznes Forumu keçirilir...
-
05 Dek, 2025
ABŞ NATO-nun daimi genişlənməsi istəmir...
