Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan və Özbəkistan birgə məhsul istehsalı və üçüncü ölkə bazarlarına çıxışı planlaşdırır - FinFly

Azərbaycan və Özbəkistan I Sənaye və iqtisadi zonaları forumunun keçirilməsi ilə bağlı razılığa gəlib.

FinFly xəbər verir ki, bunu Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Bakıda keçirilən III Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.

Onun sözlərinə görə, bu tədbirlə iki ölkənin işgüzar dairələrinin Azərbaycan və Özbəkistandakı sənaye zonaları ilə tanış olmaq imkanı yaranacaq:

"Azərbaycandakı sənaye zonaları, parklarında müəssisələr yaratmaqla Özbəkistan şirkətləri Avropa bazarlarına çıxış imkanları əldə edəcəklər.

Özbəkistandakı infrastruktur, iqtisadi zonalar isə Azərbaycan şirkətlərinə Mərkəzi Asiya bazarlarını mənimsəməyə, Pakistana çıxmağa imkan verəcək. Əfqanıstan da böyük ehtiyacları olan nəhəng bazara malikdir. Odur ki, biz əməkdaşlığın dərinləşdirilməsi və birgə irəliləyiş, üçüncü ölkələrin bazarında birgə məhsul istehsalı üçün böyük imkanlar görürük".

Kudratov qeyd edib ki, bu gün Azərbaycan ilə Özbəkistan nəqliyyat sahəsində gələcək qarşılıqlı əməkdaşlığın inkişafı barədə də razılığa gəlib/

"Bu gün regionumuzun ciddi çağırışlarla üzləşir. Bunlar müəyyən narahatlıq yaradır. Lakin biz bu gün azərbaycanlı həmkarlarımızla razılaşdıq ki, əlavə şərtlər yaradılacaq, o cümlədən Bakı limanı vasitəsilə infrastrukturun genişləndirilməsi üzrə tədbirlər görüləcək ki, bu da bizə riskləri minimuma endirməyə və Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə yükdaşımalarını artırmağa imkan verəcək. Söhbət yükdaşımalarında güzəştlərin uzadılması, əlavə güclərin yaradılması və donanmanın genişləndirilməsindən gedir. Xəzər dənizində bütün bu istiqamətdə razılaşmalar var, alətlər var. Biz şərait yaradacağıq ki, Azərbaycan iki ölkə arasında kifayət qədər səmərəli şəkildə mal mübadiləsi edə və yük daşıya bilsin".