Azərbaycan və Gürcüstan energetika, dərin özüllü dəniz limanları tikintisi və sualtı kabellərin çəkilməsi sahəsində mütəxəssislər hazırlayacaq birgə kollecin yaradılması imkanını müzakirə edir.
FinFly xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Mariam Laşxinin Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşünün nəticələri haqqında bəyanatında bildirilib.
Məlumata əsasən, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Birgə layihələrə, ali və peşə təhsili sahəsində tərəfdaşlığın gücləndirilməsinə, həmçinin birgə tədqiqatların aparılması imkanlarına xüsusi diqqət yönəlib.
"Biz, həmçinin enerji, dərin özüllü dəniz limanlarının tikintisi və sualtı kabellərin çəkilişi sahəsində vacib kadrların hazırlanmasına töhfə verəcək birgə peşə kollecinin yaradılması imkanını müzakirə etdik", - M.Laşxinin bəyanatında bildirilib.
Tərəflər, həmçinin elmlər akademiyaları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Azərbaycanda gürcüdilli məktəblərin fəaliyyəti, eləcə də Gürcüstanda azərbaycandilli məktəblərin vəziyyətini müzakirə ediblər.
Bundan əlavə, görüş iştirakçıları Gürcüstan parlamentinin deputatlarının Azərbaycana səfərinin təşkili məsələsini müzakirə ediblər.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
