Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan və Belarus traktor tədarükü üzrə əməkdaşlığın inkişafına dair memorandum imzalayıb - FinFly

5 may tarixində Nazirlər Kabinetində Azərbaycan və Belarusun Baş nazirləri Əli Əsədov və Aleksandr Turçin arasında keçirilmiş geniştərkibli görüş çərçivəsində traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalanıb.

FinFly xəbər verir ki, sənədi Gəncə Avtomobil Zavodunun müşahidə şurasının rəhbəri Xanlar Fətiyev və Minsk Traktor Zavodunun baş direktoru Sergey Avramenko imzalayıblar.

Bununla yanaşı, iki müəssisə arasında kommunal maşınların komplektlərinin tədarükünə dair Müqavilə imzalanıb. Sənədi Fətiyev və Minsk Avtomobil Zavodunun baş direktoru Valeri İvankoviç imzalayıblar.