04 Snt, 2025 16:28
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji sahəsində tərəfdaşlıq və qarşılıqlı investisiyalar barədə müzakirələr aparılıb.
FinFly xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüşdük.
Ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətlərini vurğuladıq.
Həyata keçirilən birgə layihələr, enerji sahəsində tərəfdaşlıq, qarşılıqlı investisiyalar və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr apardıq", - deyə paylaşımda qeyd edilib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
