Azərbaycan və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında "Xəzər dənizində Suyun Duzsuzlaşdırılması Zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş" imzalanıb.
FinFly xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.
Sənədi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və "ACWA Power"in baş icraçı direktoru Marko Arselli imzalayıb.
Saziş dizayn, tikinti, maliyyələşdirmə, istismar və texniki xidmət mərhələlərini əhatə edir. Layihə regionda su ehtiyatlarının səmərəli idarə olunmasına və içməli su təminatının artırılmasına yönəlib.
Bundan əlavə, forumda "emal olunmuş suyun alınmasına dair saziş" imzalanıb. Bu sənədi Z.Mikayılov, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri Tahir Xəlilov və Arselli imzalayıb.
Eyni zamanda, iqtisadiyyat naziri Mikayıl Cabbarov, nazirlik yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Arselli "Torpaq icarəsi haqqında saziş"ə, maliyyə naziri Sahil Babayev və Arcelli "Dövlət zəmanəti haqqında saziş"ə imza atıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
