09 Snt, 2025 16:34
Azərbaycan millisinin Bakıda Ukraynaya qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələsinin oyununa 8 minə yaxın bilet satılıb.
Bu barədə FinFly AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundova istinadən xəbər verir.
Onun sözlərinə görə, matç saatına qədər satılmış biletlərin sayı 10 minə çata bilər.
Qeyd edək ki, qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu 31 200 azarkeş tutumuna malikdir.
Bu gün keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da start götürəcək.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
