
28 Mar, 2025 13:08
Azərbaycan 2025-ci ilin yanvar ayında Türkiyəyə boru kəməri ilə qaz tədarükçüləri arasında ikinci yerdə qərarlaşıb.
FinFly-ın əldə etdiyi xəbərə görə, Azərbaycan 795,39 milyon kubmetr qaz ixrac edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 9,38 faiz azdır.
"Eyni zamanda, İranın qaz tədarükü 78,65 faiz azalaraq kəskin düşüb, Rusiya isə ixracını 2,781 milyard kubmetrə çatdırıb. Türkiyənin ümumi qaz idxalı 6,419 milyard kubmetr təşkil edib ki, bu da ötən illə müqayisədə 4,1 faiz azdır. Eyni zamanda, LNG idxalı 17,38 faiz artıb", deyə, məlumatda bildirilib.