Azərbaycanın tikinti materiallarının Avropa İttifaqı ölkələrinə ixracı araşdırılır.
FinFly xəbər verir ki, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) Baş katibi Şahanə Sarı mətbuat konfransında deyib.
O vurğulayıb ki, Azərbaycanın tikinti materiallarının Balkan yarımadası vasitəsilə Avropa ölkələrinə ixracının üzərində iş aparılır: “Hazırda Avropa İttifaqı ölkələrinə ixrac üçün materiallarının standartı, logistika məsələləri araşdırılır. İlkin qiymət araşdırmasına əsasən ixrac sərfəli ola bilər".
Sarı həmçinin Rusiya-Ukrayna müharibəsinin Azərbaycan tikinti sektoruna təsirinə münasibət bildirib: “Hazırda Rusiya ilə ticarətdə ciddi bir problemlə üzləşməmişik. Rusiyaya Azərbaycanın tikinti materiallarının ixracını artırmaq üçün işlər görürük. Bir neçə ay bundan əvvəl Rusiya Ticarət Müşavirliyi ilə memorandum imzaladıq. Rusiyadan Azərbaycana idxal edilən məhsulun həcmi Azərbaycandan Rusiyaya ixrac edilən məhsulun həcmindən 3 dəfə çoxdur. Biz bunu balanslaşdırmaq üçün sistemli işlərə başlamışıq".
O əlavə edib ki, Mərkəzi Asiya ölkələri Azərbaycan üçün hədəf bazardır: “Bizim bu ölkələrlə ticarətlə bağlı razılaşmalarımız var. Buna görə də şirkətlərimiz bu ölkələrə daha rahat ixrac edə bilirlər. Tikinti məhsullarının daşınması daha çətin olduğuna görə onların bir ölkədən digərinə ixrac olunan zaman rentabelliyi aşağı düşür. Buna görə də qeyd edilən ölkələrə ixrac bizim üçün sərfəlidir".
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
