17 Iyn, 2025 17:48
Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə sənaye, "yaşıl enerji", rəqəmsal infrastruktur, nəqliyyat, logistika və digər sahələrdə investisiya tərəfdaşlığı perspektivlərini dəyərləndirib.
FinFly xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, OPEC Beynəlxalq İnkişaf Fondunun (OPEC Fund) forumunda iştirak çərçivəsində Ərəb Koordinasiya Qrupuna (Arab Coordination Group) daxil olan Səudiyyə İnkişaf Fondunun (Saudi Fund for Development) baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşadla görüşüb: "Görüşdə qurumun ölkəmizdə həyata keçirdiyi infrastruktur layihələrinin önəmini qeyd etdik".
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
