2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiyaya 968,9 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
FinFly xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın noyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
10 ay ərzində qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1,8 faiz artaraq 486,3 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 70,7 faiz artaraq 288,3 milyon ABŞ dolları olub.
Ötən 10 ayda Azərbaycan həmçinin Gürcüstana 273,6 milyon ABŞ dolları (16,6 faiz çox), Ukraynaya isə 171,4 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
10 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 3 milyard ABŞ dolları təşkil edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
