2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan Rusiyaya 814,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
FinFly xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz çoxdur.
8 ay ərzində qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində cüzi azalaraq 394,5 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 39,6 faiz artaraq 220,2 milyon ABŞ dolları olub.
Ötən 8 ayda Azərbaycan həmçinin Gürcüstana 216,4 milyon ABŞ dolları (2 dəfə çox), Ukraynaya isə 131,8 milyon ABŞ dolları (31,4 faiz çox) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
