
2025-ci ilin birinci rübündə Rusiyanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 64,33 milyon ABŞ dolları təşkil edib.
FinFly Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 8,784 milyon ABŞ dolları və ya 16 faiz artıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyadan yatırılan investisiyaların payı 4,2 faiz təşkil edib.
Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə Rusiya iqtisadiyyatına 18,437 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 11,253 milyon ABŞ dolları və ya 2,6 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyaya həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 6 faiz təşkil edib. Bununla da hesabat dövrü ərzində Azərbaycanın ən çox investisiya yatırım etdiyi ölkələrin sırasında Rusiya iqtisadiyyatı 5-ci yerdə qərarlaşıb.
Son xəbərlər
-
21 Iyn, 2025
"Forfinance" BOKT-a lisenziya verilib...
-
21 Iyn, 2025
AZAL sığortaçı axtarır...
-
21 Iyn, 2025
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb...