
20 May, 2025 15:45
Azərbaycan Macarıstanı əmin edib ki, bu il də qaz təminatını davam etdirəcək.
FinFly xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Macarıstan türkdilli tərəfdaş dövlətlərlə əməkdaşlıq hesabına iqtisadiyyatının təhlükəsizliyini təmin edə bilir: "Bizim Azərbaycanla əməkdaşlığımız təkcə iqtisadi yox, mənəvi baxımdan da önəmlidir. Biz özümüzü daha rahat hiss edirik".
Orban Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına inandığını vurğulayıb:
"Azərbaycanın Ermənistanla sülh sazişinin mətnini razılaşdırmasından çox məmnun olduq. İnanırıq ki, tezliklə sülh sazişi imzalanacaq".
Son xəbərlər
-
20 Iyn, 2025
Sabah pensiyalar tam ödəniləcək...
-
20 Iyn, 2025
Azərbaycan nefti bahalaşıb...