Azərbaycan Mərkəzi Bankı (AMB) və Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
FinFly xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"GMB-nin sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq. Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq. Əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədi ilə Anlaşma Memorandumu imzaladıq. Bu memorandum hər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın inkişafına və maliyyə sektorlarının möhkəmlənməsinə töhfə verəcək. Əminik ki, bu əməkdaşlıq uzunmüddətli və uğurlu olacaqdır", - deyə o qeyd edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
