22 May, 2025 09:25
Xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında mayın 21-də telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən FinFly-a verilən məlumata görə, telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Telefon danışığı zamanı həmçinin digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
