11 Iyl, 2025 14:36
Azərbaycan Gürcüstanla enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.
FinFly xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirdik və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdik. Birgə layihələrin ölkələrimiz və region üçün faydalarını vurğuladıq",- deyə o qeyd edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
