2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 450,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
FinFly Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 25,7 milyon ABŞ dolları olub.
Gürcüstana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 36,7 milyon kVt/saat və ya 8,9%, dəyər ifadəsi ilə 4,8 milyon ABŞ dolları, yaxud da 23% artıb.
Belə ki, ötən ilin ilk dörd ayında Azərbaycandan Gürcüstana 414,2 milyon kVt/saat həcmində, 20,9 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilmişdi.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Rusiyaya, Gürcüstana və İrana 525,1 milyon kVt/saat həcmində, 29,1 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
