23 Snt, 2025 16:50
Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında su infrastrukturu, bərk məişət tullantılarının idarəçiliyi və digər perspektiv sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
FinFly xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində EBRD-nin Qafqaz üzrə regional direktoru Alkis Drakinos ilə görüşüb.
"Beynəlxalq maliyyə qurumları ilə səmərəli tərəfdaşlığın Azərbaycanın dayanıqlı inkişafı və investisiya mühitinin təkmilləşdirilməsində mühüm rolunu vurğuladıq", - deyə M.Cabbarov bildirib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
