Azərbaycan Mərkəzi Bankı (AMB) Çin ilə rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri ətrafında fikir mübadiləsi aparıq.
FinFly xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında yazıb.
"Çinə işgüzar səfər çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşdük. Görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, QR və mobil ödəniş həlləri, eləcə də ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi mövzularını müzakirə etdik. Bundan əlavə, rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri ətrafında fikir mübadiləsi apardıq.
Görüşdə həmçinin Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikirlərimizi bölüşdük", - Kazımov qeyd edib.
Son xəbərlər
-
05 Dek, 2025
ABŞ NATO-nun daimi genişlənməsi istəmir...
-
05 Dek, 2025
"ASAN xidmət" təcrübəsi Kambocada tətbiq olunacaq...
