
Azərbaycan ərazisindən yükdaşımaların artımını nəzərə
alaraq, ölkəmiz nəqliyyat infrastrukturunun müasirləşdirilməsi hesabına “Şərq-Qərb”
və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin ötürücülük qabiliyyətinin
artırılmasına əlavə vəsaitlər yatırır.
FinFly xəbər
verir ki, bunu Baş nazir Əli Əsədov III Xəzər İqtisadi Forumunun plenar
iclasında çıxış edərkən deyib.
O qeyd edib ki, İkinci Forumdan sonra nəqliyyat sektorunda
regionun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat
qovşağına çevrilməsi üçün əlverişli şərait yaradan mühüm razılaşmalar əldə
edilib.
Forum iştirakçılarına uğurlu fəaliyyəti regionun bütün ölkələrinin
maraqlarını əhatə edən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin
inkişafında Azərbaycanın rolu barədə məlumat verilib.
Vurğulanıb ki, Azərbaycan ərazisindən yükdaşımaların
artımını nəzərə alaraq, ölkəmiz nəqliyyat infrastrukturunun müasirləşdirilməsi
hesabına bu dəhlizlərin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər
yatırır.
“İnanırıq ki, Xəzəryanı dövlətlər Xəzərin sülh, harmoniya,
mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq dənizi olaraq qalması üçün
səylərini davam etdirməlidir. Bu, ilk növbədə, bizdən Xəzər dənizində təhlükəsizliyin
və sabitliyin təmin edilməsi istiqamətində qətiyyətli tədbirlər görməyi tələb
edir”, - deyə Baş nazir bildirib.