Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir - FinFly

Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.

FinFly xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə keçirilən geniş tərkibdə görüş əsnasında bildirib.

Azərbaycanın Baş naziri deyib: "Bu gün qarşılıqlı fəaliyyətimizin ən mühüm məsələlərinə dair çox konstruktiv və ətraflı müzakirələr apardıq. Hökumət xətti ilə dövlət başçılarının razılaşmaları və tapşırıqlarının həyata keçirilməsi üzrə birgə səyləri artırmaq barədə razılıq əldə etdik. Bu gün prezidentlər İlham Heydər oğlu Əliyev və Aleksandr Qriqoryeviç Lukaşenkonun birgə səyləri ilə Azərbaycan-Belarus tərəfdaşlığı bütün istiqamətlər üzrə inkişaf edir və hərtərəfli xarakter daşıyır.

Qarşılıqlı səfərlər və yüksək səviyyədə görüşlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər səmərəli birgə fəaliyyətə daha çox kömək edir".