Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan bankları "Bloomberg" platformasında və REPO bazarındakı əməliyyatları kəskin artırıb - FinFly

2024-cü ildə Azərbaycan bankları "Bloomberg" platformasında öz aralarında 101,8 milyard manat məbləğində 3 761 əqd bağlayıb.

FinFly Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu əməliyyatların 97 faizinin müddəti 1-3 günlük olub.

Bundan başqa, ötən il banklararası REPO bazarında 11,5 milyard manat məbləğində 723 əqd bağlanılıb.

2023-cü illə müqayisədə "Bloomberg" platformasında aparılan əməliyyatların məbləği 3,3 dəfə, banklararası REPO bazarındakı aparılan əməliyyatların məbləği isə 2,5 dəfə artıb.

İl ərzində təminatsız pul bazarında orta faizlər AMB-nin faiz dəhlizi daxilində formalaşıb. Təkcə ötən ilin dekabr ayında banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1D AZIR) 7,68 faiz təşkil edib. İl ərzində 1D AZIR ilə uçot dərəcəsi arasındakı spred orta hesabla 0,43 faiz bəndi olub. 1D AZIR indeksinin dəyişimi bəzi depozit növləri üzrə faizlərin dəyişiminə təsir göstərməyə başlayıb ki, bu da faiz ötürücülüyünün yaxşılaşdığını deməyə əsas verir.

Hesabat ilində banklararası pul bazarı üzrə faizlərin kommunikasiyasının gücləndirilməsi istiqamətində də işlər görülüb.