
14 Apr, 2025 10:33
2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan Avropaya təxminən 3 milyard kubmetr qaz ixrac olunub.
FinFly xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində bildirib.
Məlumata görə, bu ilin ilk üç ayında Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub.
Bundan başqa, paylaşımda qeyd edilib ki, dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 1,4 milyard kubmetr qaz nəql edilib.
Son xəbərlər
-
20 Iyn, 2025
Sabah pensiyalar tam ödəniləcək...
-
20 Iyn, 2025
Azərbaycan nefti bahalaşıb...