VTB (Azərbaycan)
ASC-nin Müşahidə Şurasının 7 iyul 2025-ci il tarixli qərarına əsasən, Aynur
Abdullayeva Telman qızı 8 iyul 2025-ci il tarixindən etibarən Daxili Audit Xidmətinin
direktoru vəzifəsinə təyin olunub.
O, Bank
VTB (Azərbaycan)-da 15 illik peşəkar təcrübəyə malikdir, o cümlədən son beş ili
Daxili Audit Xidmətində olmaqla bu müddət ərzində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Abdullayeva
1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad
Universitetini “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr və magistr
dərəcələri üzrə təhsilini başa vurub.
Peşəkar fəaliyyətinə 2005-ci
ildə Bank of Baku-da başlayıb, 2010-cu ilə qədər orada müxtəlif vəzifələrdə çalışıb.
2010-cu ildə VTB (Azərbaycan) komandasına qoşulub və fəaliyyətinə Əməliyyat Departamentinin
Bank əməliyyatlarının müşayiəti şöbəsinin müdiri kimi
başlayıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
