28 Iyl, 2025 10:34
30 iyun 2025-ci il tarixinə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı cari kredit portfeli 948 milyon avro həcmində qiymətləndirilir.
FinFly-nin AYİB-ə istinadən verdiyi məlumata görə, portfelin 38 faizi özəl sektordadır.
Eyni zamanda, hazırda 34 layihə aktivdir.
31 may 2025-ci il tarixinə olan göstərici ilə müqayisədə portfelin həcmi 4,34 faiz və ya 43 milyon avro azalıb.
AYİB-in məlumatına görə, cari portfelin əsas hissəsi - 89 faiz (846 milyon avro) dayanıqlı infrastrukturun inkişafına yönəlib, 6 faizi (54 milyon avro) maliyyə institutlarına, digər 5 faizi (48 milyon avro) isə korporativ sektorun payına düşür.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
