
27 Fvr, 2025 15:12
Bu il yanvarın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı kredit portfeli 1,082 milyard avro təşkil edib.
FinFly AYİB-ə istinadən xəbər verir ki, bu, ötən il dekabrın 31-i ilə müqayisədə 30 milyon avro və yaxud 2,85 faiz çoxdur.
Yanvarda AYİB-in Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə 33-dən 34-də çatıb.
Portfelin 92 faizi və yaxud 995 milyon avrosu dayanıqlı infrastrukturun inkişafına, 5 faizi və yaxud 54 milyon avrosu korporativ sektora, 3 faizi və yaxud 33 milyon avrosu isə maliyyə institutlarına yönəldilib.
Ümumilikdə AYİB Azərbaycana 196 layihə çərçivəsində 4,059 milyard avrodan çox investisiya yatırıb.
Son xəbərlər
-
01 Snt, 2025
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayır...
-
01 Snt, 2025
Azərbaycanda kreditlər 30 milyardı keçdi...
-
01 Snt, 2025
Azərbaycan XİN Özbəkistanı təbrik edib...