31 avqust 2025-ci il tarixinə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı cari kredit portfeli 954 milyon avro dəyərində qiymətləndirilir.
FinFly-nin AYİB-ə istinadən verdiyi məlumata görə, portfelin 38 faizi özəl sektorun payına düşür.
Hazırda 35 layihə aktivdir.
31 iyul 2025-ci il tarixinə olan həcmlə müqayisədə portfelin həcmi 1,75 faiz və ya 17 milyon avro azalıb.
AYİB-in məlumatına görə, cari portfelin böyük hissəsi – 89 faizi (848 milyon avro) dayanıqlı infrastrukturun inkişafının maliyyələşdirilməsinə, 6 faizi (57 milyon avro) maliyyə institutlarına, digər 5 faizi (49 milyon avro) isə korporativ sektora aiddir.
Ümumilikdə, AYİB Azərbaycana 200 layihə üzrə 3,673 milyard avro sərmayə qoyub.
31 avqust 2025-ci il tarixinə bankın ölkədəki əməliyyat aktivləri 31 iyul 2025-ci il tarixinə olan göstərici ilə müqayisədə 1,83 faiz (13 milyon avro) azalaraq 697 milyon avro təşkil edib.
2024-cü ildə AYİB Azərbaycanda səkkiz layihənin maliyyələşdirilməsinə ümumilikdə 199 milyon avro məbləğində kredit ayırıb ki, bu da əvvəlki illə müqayisədə 27,56 faiz (43 milyon avro) çoxdur.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
