17 Fvr, 2025 18:24
31 dekabr 2024-cü il tarixinə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 33 aktiv layihə üzrə portfeli 1,052 milyard avro olmaqla Azərbaycanda fəaliyyətini davam etdirir.
Bu layihələrin kapitalında AYİB-in payı 1 faiz, əməliyyat aktivlərinin dəyəri isə 754 milyon avro təşkil edir. Özəl sektor ümumi portfelin 37 faizini təşkil edir.
Davamlı infrastruktur bank üçün əsas diqqət mərkəzində qalır və ümumi investisiyaların 964 milyon avro və ya 92 faiz təşkil edir. Qalan vəsait maliyyə institutları (34 milyon avro və ya 3 faiz) və korporativ sektor (54 milyon avro və ya 5 faiz) arasında bölüşdürülür.
Azərbaycanda fəaliyyətə başladığı vaxtdan AYİB ölkənin iqtisadiyyatına 4,04 milyard avro sərmayə qoyub.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
