15 Avq, 2025 14:12
ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin sammiti ərəfəsində Avropada təbii qazın qiymətləri 2025-ci ildə ən aşağı səviyyəyə düşüb.
FinFly xəbər verir ki, bu barədə “"loomberg" məlumat yayıb.
Amsterdamda ticarət olunan qaz fyuçersləri ayın əvvəlindən təxminən 10 faiz ucuzlaşaraq maydan bəri ən aşağı səviyyəyə çatıb.
Treyderlərin az bir qismi Rusiya boru kəməri qazının Avropaya qayıdışını qaçılmaz hesab etsə də (hətta Ukraynada atəşkəslə bağlı razılaşma əldə olunsa belə), Rusiyanın enerji daşıyıcılarına qarşı sanksiyaların gücləndirilməsi və ya yüngülləşdirilməsi qlobal təchizata əhəmiyyətli təsir göstərə bilər.
Hazırda Avropaya qaz əsasən ABŞ və Qətər kimi uzaq ölkələrdən daxil olunur.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
